FM WhatsApp Yüklə v9.93

FM WhatsApp Yüklə. Bu yazımızda sizə FM WhatsApp yükləməkdən və onun xüsusiyyətlərindən yazacağam. Bildiyiniz kimi, hal hazırda dünyada ən çox istifadə edilən mesajlaşma tətbiqi WhatsApp Messenger-dir. Bunun bir çox səbəbləri var lakin bu başqa bir yazının mövzusudur. WhatsApp Messenger nə qədər çox istifadəçiyə sahib olsa belə mod WhatsApp-lardan istifadə edənlər də az deyil. Həmin mod WhatsApp-lardan biri də məhz FM WhatsApp-dır. FM WhatsApp, hindistanlı tərtibatçı Fouad Moktad tərəfindən yaaradılmışdır. Yaradıldığından qısa müdət sonra xeyli sayda istifadəçi toplamağı bacaran FM WhatsApp, həm yenilik, həm də etibarlılıq cəhətdən istifadəçilərinin rəğbətini qazanmışdır. Əgər təlimatları və FM WhatsApp haqqında olan digər məlumatları oxumaq istəmirsinizsə, səhifənin aşağı hissəsindən ‘YÜKLƏ’ düyməsinə klik edərək FM WhatsApp yükləyə bilərsiniz.

FM WhatsApp yükləmək üçün təlimatlar:

  1. Əvvəlcədən nəzərinizə çatdırım ki, FM WhatsApp yükləmək üçün telefonunuz Android-in ən az 5.1 versiyası olmalıdır.
  2. Telefonunuzun yaddaşında ən az 100mb boş yer olmalıdır.
  3. FM WhatsApp yükləmək üçün telefonunuzdan (əgər varsa) adi WhatsApp-ı silməyə ehtiyac yoxdur. İkisini bir telefonda ayrı-ayrı nömrələrlə istifadə edə bilərsiniz. Əgər FM WhatsApp-ı adi WhatsApp-ın yerinə istifadə edəcəksinizsə, elə isə sizə FM WhatsApp yox, Fouad WhatsApp yükləməyi məsləhət görürəm.
  4. Səhifənin bir az aşağısında olan ‘YÜKLƏ’ düyməsinə klik edirsiz (reklam çıxarsa reklamı bağlayıb yenidən klik edin) və açılan növbəti yükləmə səhifəsində yenidən ‘YÜKLƏ’ düyməsinə klik edib fm whatsapp apk faylını yükləyirsiz.
  5. Daha sonra yüklədiyiniz fm whatsapp apk faylının (tapa bilməsəniz Download və ya Yükləmələr qovluğuna baxın) üzərinə klik edib tətbiqi quraşdırırsız.
  6. Quraşdırma zamanı Naməlum Mənbələr-dən icazə istənilərsə icazəni açıb, telefonda geri düyməsinə klik edib quraşdırmağa davam edin.

Nə üçün FM WhatsApp?

Bir az əvvəl də dediyim kimi FM WhatsApp yenilik baxımından istifadəçilərin rəğbətini qazanmışdır.

Bunun səbəbi tərtibatçı Fouad Moktad-ın FM WhatsApp-a laqeyd yanaşmaması, onu vaxtı vaxtında WhatsApp Messenger-in ən son versiyasına güncəlləməsi, yeni mod xüsusiyyətlər əlavə etməsi və yaranan xətaları vaxtında aradan qaldırmasıdır.

Misal üçün, WhatsApp Plus-un tərtibatçısı olan Alex Mods-un yuxarıda sadaladıqlarım üçün bir az laqeyd yanaşdığını əminliklə deyə bilərəm. İndi isə gəlin FM WhatsApp yükləmədən əvvəl bəzi əsas xüsusiyyətlərinə nəzər salaq.

Tətbiqin bəzi xüsusiyyətləri:

  • Statusa baxdığını gizləmək
  • Silinmiş statusları görmək
  • Hərkəsdən silinən mesajları görmək
  • WhatsApp-ı uçuş rejiminə salmaq
  • İstənilən şəxsin mesajlarını gizlətmək
  • Onlayn olanları görmək
  • Son görüləni gizlətmək
  • Mavi xətti və ikinci xətti gizlətmək

Və bunun kimi daha neçə-neçə xüsusiyyətlər mövcuddur…

FM WhatsApp Yeniləmə:

Bütün mod tətbiqlərdə olduğu kimi FM WhatsApp da vaxtaşırı yenilənməlidir. Yeni versiya FM WhatsApp hazır olanda tətbiq bizə bizə bildiriş göndərir və bu bildiriş sayəsində yeni versiya olduğunu anlayırıq.

Bu bildiriş gələrkən dərhal FM WhatsApp-ı yeniləmək vacib deyil. Çünki tətbiq təxminən 10-20 (bəzən daha çox) gün işləyəcək. Ama yeni versiya FM WhatsApp yükləməyi gecikdirmək də olmaz.

Gecikdirsəniz mesajlarınız silinə bilər. Bildiriş gəldikdən bir neçə saat və ya bir neçə gün sonra FM WhatsApp yenidən ziyarət edin. Əgər köhnə versiyanız misal üçün v9.35-dirsə və səhifənin üst hissəsində misal üçün v9.45-dirsə deməli, yeni versiya sayta yüklənib.

Bundan əvvəl yüklədiyiniz qaydada YÜKLƏ düyməsindən yeni versiya FM WhatsApp yükləyin. Apk faylı yüklənəndən sonra üzərinə klik edərək quraşdırın. Bunu edərkən köhnə versiyanı qətiyyən silməyin. Əgər silsəniz mesajlarınız həmişəlik silinəcək.

Bu qədər, FM WhatsApp yeniləmə prosesi bitdi. Yeni versiyada olan dəyişikliklərə baxmaq üçün səhifədə bir az aşağı düşün.

FM WhatsApp son versiya v9.93 yenilikləri:

Evdə gecə/işıq ikonasını göstərmək üçün Yenidən Seçim əlavə edildi
Bəzi telefonlarda Görünüş Vəziyyətini Gizlətməsi düzəldildi
Sabit Dairəvi giriş səs yazısı
Sabit Sürüşmə sıra funksiyalarının işləməməsi
Bəzi UI sürüşdürərkən boşluq düzəldildi
Zənglərdə Sabit Axtarış
Sabit Bubble Bottom Bar təsadüfi qəza
Bir dəfə Anti View problemləri düzəldildi
Android 14-də Sabit Yaddaş problemi
Android 13+ sistemində Yedəkləmə/Bərpa problemləri həll edildi
Bəzi telefonlarda çökmə düzəldildi
Android 14+ Theme yükləmə problemi həll edildi
Android 14+ Yedəkləmə/Bərpa problemi həll edildi
Köhnə cihazlarda qəza düzəldildi
Sabit iOS14 Giriş Stili
Bəzi telefonlarda zəng tarixçəsindəki qəza düzəldildi
Change Ghost Mode indi fərdi məxfilikdən üstündür.
Müxtəlif Ümumi səhv düzəlişləri.

FM WhatsApp haqqında ən çox verilən suallar:

Sual: FM WhatsApp yükləyə bilmirəm. Necə yükləyim?

Cavab: Ən çox qarşılaşdığım suallardan biri də bu sualdır. Bu sualda istifadəçinin FM WhatsApp-ı niyə yükləyə bilmədiyini bilmirəm. Bunun bir çox səbəbləri ola bilər. Bu səbəbdən istifadəçinin FM WhatsApp yükləməyinə əngəl ola biləcək bəzi səbəbləri aşağıda yazıram.

  1. Hər şeydən əvvəl bu səhifənin üst hissəsində FM WhatsApp yükləmək üçün yazdığım təlimatları oxuyun.
  2. İnternet brauzeriniz köhnə versiyada ola bilər və bu internet brauzerdə bəzi xətalara yol aça bilər. Zəhmət olmasa Play Market-də sağ yuxarıdan profilinizə klik edin və ‘tətbiqlər və cihazı idarə edin’ bölməsindən istifadə etdiyiniz internet brauzeri (Chrome, Opera, Firefox və s.) güncəlləyin (əgər güncəlləmə varsa).
  3. İnternetinizin sürəti çox yavaş ola bilər. İnternetin sürətini bu saytdan yoxlaya bilərsiz.
  4. Telefonun yaddaşında kifayət qədər yer olmaya bilər. Təxminən 100mb boş yaddaş yerinə ehtiyacınız var. Zəhmət olmasa yaddaşı yoxlayın.
  5. Telefonun RAM-ı (operativ yaddaş) dolmuş ola bilər. Zəhmət olmasa RAM-ı təmizləyin və açıq qalan tətbiqləri bağlayın (və ya telefonu söndürüb yandırın).

Sual: Google-da fm whatsapp yazıb axtarış edərkən bir çox versiyalar çıxır. Misal üçün sizin saytda v9.35-dir başqa saytlarda isə birində v17.3, digərində v21.10 və s. Bunların hansı əsas FM WhatsApp-dır?

Cavab: Bizim saytımızda nəinki FM WhatsApp, bütün modlar tərtibatçıların öz rəsmi saytlarından götürülür. Digər (bəzi) saytlar sadəcə daha çox ziyarətçi əldə etmək üçün yalan başlıq yazırlar və ya başqa bir modu sizə FM WhatsApp adı ilə təqdim edirlər. Bu kimi hallarla google-da çox rastlaşa bilərsiniz. Zəhmət olmasa, yalnız etibar etdiyiniz saytlardan istifadə edin.

Sual: FM WhatsApp yüklədim. Quraşdırmaq üçün apk faylının üzərinə klik edirəm ama bir qədər sonra ‘tətbiq quraşdırılmadı’ yazılır. Necə quraşdıra bilərəm?

Cavab: Bu sualda da 1-ci sualda olduğu kimi istifadəçinin nə üçün FM WhatsApp-ı quraşıdıra bilmədiyi məlum deyil. Bu səbəbdən bu xətaya (tətbiq quraşdırılmadı) səbəb ola biləcək bəzi səbəbləri aşağıda qeyd edirəm.

  1. Hər şeydən əvvəl yuxarıda yazılan FM WhatsApp yükləmə təlimatlarını oxuduğunuzdan əmin olun.
  2. Telefonunuzun Android versiyası 5.1-dən az ola bilər. Bunu yoxlayın.
  3. Telefonun yaddaşında kifayət qədər yer yoxdur. Təxminən 50-100mb boş yer lazımdır. Yaddaşı yoxlayın.
  4. Təlimatlarda da qeyd etdiyim kimi apk faylını quraşdırarkən Naməlum Mənbələr-dən icazə istənilə bilər. Ola bilsin o icazəni açmamısız.
  5. Telefonun RAM-ı dolmuş ola bilər. Zəhmət olmasa RAM-ı təmizləyin və açıq olan tətbiqləri bağlayın.

Sual: FM WhatsApp-da bəzən mesajlar gec gəlir. Bunun səbəbi nədir?

Cavab: Bu xətanın səbəbi gizlilik funksiyalarında olan bəzi funksiyaları açmağınızdır. Misal üçün mavi xətti və ya ikinci xətti gizləmisinizsə mesajlarınız gecikə bilər. Bunu düzəltməyin tək yolu o funksiyaları deaktiv etməkdir. Təəssüf ki başqa bir yolu yoxdur.

Leave a Comment