Əvvəlcədən nəzərinizə çatdırım ki, bu yazı Android telefonları üçün yararlıdır. Bildiyiniz kimi, WhatsApp Messenger (bundan sonra WhatsApp) bu gün dünyada ən çox istifadə edilən mesajlaşma xidmətlərindən biridir. Demək olar ki, smartfonu olan hər kəsin WhatsApp hesabı var. Sevimli mesajlaşma tətbiqi olan WhatsApp hər gün dəyişir, təkmilləşir və daha funksional olur. Buna baxmayaraq, bir çox WhatsApp istifadəçiləri WhatsApp-a başqa funksiyalar əlavə edən mod tətbiqlərdən istifadə edirlər. Bu dəyişdirilmiş mod tətbiqləri bugünkü əsas mövzumuz olmasa da, ikinci WhatsApp yükləmək üçün bu proqramlardan istifadə edənlər az deyil. Ancaq, bu məqalədə siz, mod proqramlarından nəinki ikinci WhatsApp yükləmək, həmçinin, WhatsApp və WhatsApp Business tətbiqlərini klonlaşdırmaqla, iki və ya daha çox WhatsApp tətbiqi yarada bilərsiniz.
İkinci WhatsApp yükləmək üçün WhatsApp Business:
İki və ya daha çox telefon nömrəsi olan istifadəçilər üçün ikinci və ya üçüncü WhatsApp tələbatı yaranır. Xatırlatmaq istəyirəm ki (bilməyənlər üçün), telefonda quraşdırılmış iki WhatsApp tətbiqində, eyni nömrədən istifadə etmək mümkün deyil. Aramızda mod WhatsApp tətbiqlərindən istifadə etmək istəməyənlər ola bilər. Bu səbəbdən sizə ikinci WhatsApp olaraq, WhatsApp Business tətbiqini tövsiyə edirəm. Bu tətbiq, əslində biznes nömrələri üçün nəzərdə tutulmuşdur (yəni biznes üçün istifadə olunur). Lakin siz bu tətbiqdən adi WhatsApp proqramı kimi şəxsi nömrənizlə də istifadə edə bilərsiniz. Heç bir məhdudiyyət yoxdur. Android proqramlar mağazası olan Play Market-dən WhatsApp Business-ı yükləyə və ikinci nömrənizlə qeydiyyatdan keçib istifadəyə başlaya bilərsiniz.
İkinci WhatsApp açmaq üçün, WhatsApp tətbiqini klonlamaq:
Əgər istəsəniz, hazırda istifadə etdiyiniz WhatsApp tətbiqini (hansı olursa olsun) klonlaya bilərsiniz. Tətbiqin klonlanması bir tətbiqdən iki tətbiq yaratmaq deməkdir. Beləliklə, klonladığınız tətbiqdə ikinci nömrənizlə qeydiyyatdan keçə bilərsiniz. Bunun üçün mən sizinlə 4 ədəd tətbiq paylaşacam və bu tətbiqlər vasitəsilə siz, WhatsApp tətbiqinizin ikinci və ya üçüncü hissəsini yarada bilərsiniz.
Tövsiyə etdiyim klonlama tətbiqləri aşağıdakılardır. Onlardan istənilən birinin üzərinə klikləməklə Play Market-dən yükləyə bilərsiz.
- Paralel Space – Multiple accounts & Two face
- Multi Space – Dual App & Multiple account
- Super Clone – App Cloner for Multiple Accounts
- Clone App – App Cloner & Dual App
Qeyd: Aşağıdakı videoda, yuxarıdakı klonlama tətbiqlərindən ilk ikisinindən necə istifadə edə biləcəyinizə baxa bilərsiniz.
Mod WhatsApp ilə, ikinci WhatsApp aç:
İndi isə ikinci WhatsApp yükləmək üçün mod tətbiqləri haqqında danışaq. Bildiyiniz kimi, əlavə funksiyaları olan modlar tərtibatçılar tərəfindən WhatsApp Messencer-in yaranmasından qısa müddət sonra yaranmağa başladı. Bu vəziyyət WhatsApp tərəfindən çox yaxşı qarşılanmasa da, kifayət qədər mod WhatsApp istifadəçisi var. İstənilən halda, siz, buradan ikinci WhatsApp yükləmək üçün bir çox modları yükləyə və istifadə edə bilərsiniz. Lakin, bu modların hamısını WhatsApp Messenger (yəni adi WhatsApp) ilə eyni telefonda istifadə etmək olmaz.
Bəs mod WhatsApp tətbiqləri adi WhatsApp ilə eyni telefonda quraşdırıla və istifadə edilə bilər?
Tutaq ki, siz telefonunuzda WhatsApp Business və ya WhatsApp (yəni adi WhatsApp) istifadə edirsiniz. Məsələn, WhatsApp Plus və Fouad WhatsApp adi WhatsApp ilə eyni telefonda quraşdırıla bilməz. Bunun üçün ilk öncə WhatsApp-ı telefondan silməlisiniz (Diqqət: Bütün mesajlarınız silinəcək). Lakin, xüsusiyyətləri digər modlarla (sadəcə adları fərqlidir) tam olaraq eyni olan digər modlar var ki, siz onları ayrı nömrələrinizlə ikinci WhatsApp yükləmək üçün WhatsApp ilə eyni telefona endirə və istifadə edə bilərsiniz. Bu tətbiqlər Play Market-də mövcud deyil, lakin siz onları bu saytdan apk faylı kimi yükləyib, quraşdıra bilərsiniz. Aşağıda linklərini paylaşacam.
- Diqqət:
Linkləri paylaşmazdan əvvəl sizə bildirmək istərdim ki, bu mod WhatsApp tətbiqlərindən istifadəyə görə məsuliyyəti tamamilə özünüz daşıyırsınız. Buna görə saytımız məsuliyyət daşımır. Çünki biz bu tətbiqlərin tərtibatçısı və istifadəçisi deyilik. Düzdür, bu tətbiqlərdən çox sayda insan istifadə edir. Lakin bizim yazılarımız reklam xarakterli deyil, sadəcə məlumat xarakterlidir.
Mod WhatsApp yükləmək üçün qısa təlimat:
Aşağıda paylaşacağım linklərdən istifadə edərək 3, 4, 5 və daha çox WhatsApp modlarını (əgər bu qədər telefon nömrəniz varsa) yükləyə bilərsiniz. Aşağıdakı linklərdən hər hansı birinə kliklədikdən sonra səhifəni yuxarı sürüşdürün və ‘YÜKLƏ’ düyməsini klikləyin (reklam çıxsa bağlayın). Daha sonra açılan yükləmə səhifəsində yenidən ‘YÜKLƏ’ düyməsinə klik edin və apk faylını telefonunuza yükləyin. Sonra telefonunuzdakı Fayllarım-dan (fayllar və ya qovluqlar) Yükləmələr qovluğuna daxil olun. Orada yüklədiyiniz mod WhatsApp proqramını tapın və quraşdırmaq üçün üzərinə klikləyin. Naməlum mənbələrdən icazə tələb olunursa (öz istəyinizlə), icazəni yandırın və quraşdırmaya davam etmək üçün telefonda geri düyməsinə klikləyin. Quraşdırıldıqdan sonra qeyd zamanı Google Disk Yedəkləməsi görünürsə, ‘Heç vaxt’ seçin və davam edin (çünki Google Disk Yedəkləmə mod WhatsApp-larda aktiv deyil).
İkinci WhatsApp yükləmək üçün endirib, quraşdıra biləcəyiniz bəzi mod WhatsApp tətbiqləri: