Insta Aero Yüklə v24.0.0

Insta Aero Yüklə adlı bu yazıda sizi rəsmi Instagram-ın əlavə funksiyaları olan bir mod tətbiqi ilə tanış etmək istəyirəm. Bu tətbiqin adı Insta Aero-dur. Bildiyiniz kimi, demək olar ki, hər kəs Instagram sosial şəbəkəsindən istifadə edir. 2022-ci ilin statistikasına görə, Instagram-ın aylıq aktiv istifadəçilərinin sayı 2 milyardı ötüb.

Mənim şəxsi fikrimcə, bu istifadəçilərin təxminən 10 faizi mod Instagram tətbiqlərindən istifadə edir. Bütün istifadəçilər mod Instagram tətbiqlərindən xəbərdar olsaydı, bu nisbət yəqin ki, daha da yüksək olardı. Insta Aero yüklə və quraşdır təlimatını, tətbiqin xüsusiyyətlərini və digər təfərrüatları oxumadan yükləmə prosesinə başlamaq istəyirsizsə, səhifəni yuxarı sürüşdürün və ‘YÜKLƏ’ düyməsindən Insta Aero yükləyin. Son zamanlar google-da Instagram tətbiqinin bir çox modu ilə qarşılaşa bilərsiz. Ancaq ən çox yüklənən modlardan biri Insta Aero-dur. Əlavə olaraq, saytımızda Insta Aero-ya alternativ olan  InstanderInstaPro mod tətbiqləri də var.

Insta Aero nədir?

Insta Aero nədir? deyə soruşsanız, Insta Aero, rəsmi Instagram əvəzinə istifadə edə biləcəyiniz əlavə xüsusiyyətlərə sahib bir mod tətbiqdir. Tətbiq rəsmi Instagram-da olmayan bir çox fərqli xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər Insta Aero istifadəçilərinə imtiyazlar verir. Tətbiqin xüsusiyyətlərindən statusları və bütün digər paylaşımları bir kliklə yükləmək, mesajı DM-də mesajı gördüyünü gizlətmək, profil şəkillərinə böyük ölçüdə baxmaq və b. xüsusiyyətlərindən daha çox istifadə olunur.

Əgər siz də bu və daha çox imtiyazlara sahib olmaq istəyirsizsə, Insta Aero yükləyin. Insta Aero, türk developer Hazar Bozkurt tərəfindən yaradılıb və onun tərəfindən inkişaf etdirilir. İstəsəniz saytımızdan Hazar Bozkurt-un daha iki tətbiqi olan WhatsApp AeroAeroWitter-a da nəzər sala bilərsiz. Insta Aero-nun 2 quraşdırma paketi var. Unclone və Clone. Bu paketlərdən hansını yükləməli olduğunuza Insta Aero yüklə və quraşdır adlı təlimatda qərar verə bilərsiz. Təlimatlarda bu paketlərin nə olduğunu qeyd etmişəm.

Insta Aero Play Market mövcud deyil. Bunun səbəbi Meta şirkəti tərəfindən qanunsuz olaraq tanınmasıdır. Buna görə də, Insta Aero apk olaraq yüklənir və əl ilə quraşdırılır. Tətbiqi rəsmi saytından və ya bizim saytımızdan sürətli və təhlükəsiz şəkildə yükləyə bilərsiz. Insta Aero-nun defolt rəngi də daxil olmaqla, tam 10 rəngi mövcuddur. Bu rəngləri sizin üçün aşağıda sadalayıram:

  • Defolt
  • Qızılı
  • Qırmızı
  • Ekstra Qaranlıq
  • Mavi
  • Mərcan Çəhrayı
  • Yaşıl
  • Açıq Ton
  • Parlaq Bənövşəyi
  • Parlaq Çəhrayı

Insta Aero yüklə və quraşdır. Təlimatlar:

  1. Insta Aero-nu yalnız Android telefonlara yükləmək mümkündür.
  2. Tələb olunan Android versiyası: 9.0+.
  3. Telefonunuzda ən azı 150-200 mb boş yer olmalıdır.
  4. Insta Aero-da 2 quraşdırma paketi var: Unclone və Clone.
  5. UnClone: ​​Quraşdırmadan əvvəl rəsmi Instagram-ı silməlisiz.
  6. Clone: Rəsmi Instagram-ı silmədən quraşdırıb istifadə edə bilərsiz.
  7. Insta Aero yükləməyə başlamaq üçün yaşıl rəngli “YÜKLƏ” düyməsini klikləyin.
  8. Növbəti səhifədə sizə uyğun olan quraşdırma paketinə klik edin.
  9. Növbəti səhifədə Insta Aero yükləməzdən əvvəl rəng seçməlisiz. Bəyəndiyiniz rəngin üzərinə klik edin.
  10. Növbəti səhifədə ‘YÜKLƏ’ düyməsini klikləməklə insta aero apk faylını yükləyin.
  11. Yüklədiyiniz insta aero apk faylına klikləyin və Insta Aero-nu quraşdırın.
  12. Insta Aero-nu quraşdırarkən Naməlum Mənbələr-dən icazə istənilərsə, icazəni açın və geri düyməsini klikləməklə Insta Aero quraşdırılmasına davam edin.
  13. Insta Aero quraşdırılması başa çatdısa, tətbiqi açın və hesabınızla daxil olun. Artıq Insta Aero-nun bütün imtiyazları sizin ixtiyarınızdadır!

Qeyd: Insta Aero-nu yükləyərkən və ya quraşdırarkən problem yaşayırsınızsa, ilk növbədə səhifənin aşağı qismində olan ‘Insta Aero haqqında tez-tez verilən suallar’ bölməsinə baxın. Əgər sualınıza cavab tapa bilmirsinizsə və ya orada yerləşdirilən cavablar probleminizi həll etmirsə, Bizimlə Əlaqə səhifəsindən bizə yazmaqdan və ya bu səhifənin aşağı hissəsində şərh yazaraq sual verməkdən çəkinməyin.

Tətbiqin bəzi xüsusiyyətləri:

  • Rəsmi Instagram-ın bütün xüsusiyyətləri,
  • Instagram üçün qaranlıq mövzu xüsusiyyəti,
  • Instagram DM mesajlarında “görüldü” funksiyasının söndürülməsi,
  • Hekayələri gördüyünü gizlətmək,
  • Çatda yazır yazısını gizlətmək,
  • Paylaşımlara yazılan şərhlərin kopyalanması,
  • Paylaşımlara iki dəfə ardıcıl toxunmaqla foto və videoları yükləmək,
  • Instagram istifadəçilərinin profil şəklini HD keyfiyyətdə yaxından görmək.

Və bunun kimi daha bir çox xüsusiyyət mövcuddur.

Insta Aero yeniləmə:

Insta Aero yeniləmə prosesi çox asandır. İlk növbədə nəzərinizə çatdırım ki, yeni versiyalardan vaxtında xəbərdar olmaq istəyirsinizsə saytımızın Telegram kanalına abunə ola bilərsiz. Insta Aero-nun yeni versiyaları olduqda kanalımızda paylaşırıq. Tətbiq təxminən hər 2-3 aydan bir yenilənir.

Insta Aero, yeni versiya olduqda sizi xəbərdar edir. Insta Aero yeniləməsi haqqında bildiriş aldığınız zaman onu dərhal yükləmək vacib deyil. Köhnə versiya daha bir neçə həftə (bəzən bir neçə ay) işləyəcək. Ancaq Insta Aero-nun ən yeni versiyasını yükləməyi bacardığınız qədər gecikdirməyin. Çünki yeni versiyaya yeni funksiyalar əlavə olunduğu kimi, eyni zamanda köhnə versiyada olan xətalar aradan qaldırılır. Bu səbəbdən, tətbiqdən ən yaxşı performansla istifadə etmək üçün yeni versiyaların yüklənməsini gecikdirməyin.

Əgər yeniləmə bildirişi gəlibsə, bu bildirişdən bir neçə saat və ya bir neçə gün sonra bu səhifəni yenidən ziyarət edin. Yeni versiyanı yükləməyə başlamaq üçün, əvvəllər yüklədiyiniz kimi INSTA AERO YÜKLƏ düyməsinə klik edin. Əgər Insta Aero yeni versiyasını yükləməkdə çətinlik çəksəniz, Insta Aero yüklə və quraşdır adlı təlimatı izləyin. Köhnə versiyanı silmək lazım deyil. Sadəcə Insta Aero yeni versiyasını yükləyin və quraşdırın. Köhnə versiya avtomatik olaraq yenilənəcək.

Bəli, dediyim kimi, Insta Aero yükləmək və yeniləmək bu qədər asandır. Hər şey qaydasındadırsa, yeni versiyada gələn yeni funksiyalardan istifadə etməyə başlaya bilərsiz. Yeni versiyada edilən əlavələri və düzəlişləri oxumaq üçün səhifənin aşağı hissəsinə baxın.

Qeyd: Insta Aero-da istifadə etdiyiniz rəngi dəyişmək istəyirsinizsə, istifadə etdiyiniz tətbiqi silmək lazım deyil. Yeni rənginizi yükləyin və quraşdırın. Köhnə tətbiqiniz indicə yüklədiyiniz rənglə əvəz olunacaq.

AeroInsta son versiya v24.0.0-da edilən dəyişikliklər:

Instagram baza versiyası yeniləndi: 316.0.0.38.109

Aero Privileges və Advanced AeroInsta Developer Options menyularına girişi asanlaşdırmaq üçün əsas səhifənin yuxarı hissəsinə düymə əlavə edilib.

Aero Privileges və Advanced AeroInsta Developer Options menyularının dizaynı dəyişdirildi.

Aero Menyu seçimi əlavə edildi (Aero Privileges 》 Ümumi 》 Aero Menyu).

“Meta AI-nin unikal xüsusiyyətlərini Instagram söhbətlərinizdə necə istifadə etmək olar?” və “Instagram Qeydlərindəki bütün funksiyalardan necə istifadə etmək olar?” yönləndirmə düymələri əlavə edildi (Aero Privileges 》 Ümumi).

“Tövsiyə olunan dostları silin” (yeni) seçimi əlavə edildi (Aero Privileges 》 BETA).

“Təmiz ehtiyat nüsxəsini endirin” seçimi əlavə edildi (Advanced AeroInsta Developer Options).

“Tam ehtiyat nüsxə” seçimi əlavə edildi (Advanced AeroInsta Developer Options) (Bluepapilte sayəsində).

Instagram-ın izləmə məqsədilə istifadə etdiyi ‘igsh=’ mətni artıq kopyaladığınız linklərdə yoxdur.

İndi arxivləşdirilmiş hekayələri yükləyə bilərsiniz.

Hekayə yükləmə problemləri həll edildi.

“Skrinşot üçün bildiriş göndərməyin” seçimi Məxfilik bölməsinə köçürüldü və düzəldildi (Blupapilte sayəsində).

Tətbiq təfərrüatları “Haqqında” səhifəsinə köçürüldü və “Təqdimatçılar” yeniləndi.

Insta Aero haqqında ən çox verilən suallar və cavabları:

Sual: Insta Aero yükləyə bilmirəm. Necə yükləyə bilərəm?

Cavab: Bu mənə ən çox verilən suallardan biridir. Bu sualda istifadəçinin niyə Insta Aero yükləyə bilmədiyini bilmirəm. Bunun bir çox səbəbi ola bilər. Bu səbəbdən, istifadəçinin Insta Aero yükləməsinə mane ola biləcək bəzi səbəbləri aşağıda yazıram.

  1. İlk növbədə, Insta Aero yükləmək üçün bu səhifənin yuxarı hissəsində yazdığım təlimatları oxuyun.
  2. İnternet brauzerinizin versiyası köhnə ola bilər ki, bu da internet brauzerində bəzi xətalara səbəb ola bilər. Zəhmət olmasa, Play Market-in yuxarı sağ küncündə profilinizin üzərinə klikləyərək və “tətbiqlər və cihazı idarə edin” bölməsindən internet brauzerinizi (Chrome, Opera, Firefox və s.) güncəlləyin (əgər yeni güncəlləmə varsa).
  3. İnternet sürətiniz çox yavaş ola bilər. İnternetin sürətini fast.com saytından yoxlaya bilərsiz.
  4. Telefonunuzda kifayət qədər yaddaş olmaya bilər. Sizə təxminən 150-200mb boş yaddaş sahəsi lazımdır. Zəhmət olmasa yaddaşı yoxlayın.
  5. Telefonun RAM (operativ yaddaş) dolu ola bilər. Zəhmət olmasa, RAM-ı təmizləyin və bütün açıq tətbiqləri bağlayın (və ya telefonu yenidən başladın).

Sual: Mən Insta Aero  yükləmişəm. Quraşdırmaq üçün insta aero apk faylının üzərinə klikləyirəm, lakin bir müddət sonra “tətbiq quraşdırılmadı” yazılır. Bu problemi necə həll edə bilərəm?

Cavab: Bu sualda da 1-ci sualda olduğu kimi istifadəçinin Insta Aero-nu niyə quraşdıra bilmədiyi məlum deyil. Bu səbəbdən, bu xətaya (tətbiq quraşdırılmayıb) səbəb ola biləcək bəzi səbəbləri aşağıda yazıram.

  1. Hər şeydən əvvəl, yuxarıda Insta Aero yüklə və quraşdır adlı təlimatı oxuduğunuzdan əmin olun.
  2. Telefonunuz Android versiyası 5.0-dan aşağı ola bilər. Zəhmət olmasa bunu yoxlayın.
  3. Telefonun yaddaşında kifayət qədər yer yoxdur. Təxminən 100-150mb boş yer tələb olunur. Yaddaşı yoxlayın.
  4. Təlimatlarda qeyd etdiyim kimi, insta aero apk faylını quraşdırarkən Naməlum Mənbələr-dən icazə tələb oluna bilər. Ola bilsin ki, siz bu icazəni açmamısız.
  5. Telefonun RAM-ı dolu ola bilər. Zəhmət olmasa RAM-ı təmizləyin və açıq tətbiqləri bağlayın. Lazım gələrsə, telefonu yenidən başladın.

Sual: Mən dünən saytınızdan Insta Aero yükləmişəm. Ancaq bu gün yeniləmə bildirişi gəlir. Bu necə ola bilər?

Cavab: Bu suala məntiqi cavab vermək üçün, bu tətbiq təxminən hər 3 aydan bir yenilənir və siz məsələn, 3-cü ayın son günündə v19..0.0 versiyasını yükləmisiz. Bu gün isə Insta Aero yeniləndi və v20.0.0 versiyası buraxıldı. Bundan əlavə, saytımızdakı bütün tətbiqlər vaxtında ən son versiyaya yenilənir.

Sual: Mən uzun müddətdir ki, Insta Aero-dan istifadə edirəm. Bəzən tətbiq çökür, donur və ya düzgün işləmir. Bunun səbəbi nədir?

Cavab: Əvvəla, əgər belə problemlərlə üzləşirsinizsə, əvvəlcə Insta Aero-nun ən son versiyasına sahib olub olmadığınızı yoxlayın (Yoxlamaq üçün tətbiqi açın və AeroInsta parametrlərinə daxil olun. Aşağıda hazırda istifadə etdiyiniz versiya var (misal üçün v20.0.1). Bu versiyanı yadınızda saxlayın və bu səhifəyə gəlin. Bu səhifədə istifadə etdiyiniz versiyadan daha yeni versiya görürsünüzsə (misal üçün v22.0.2), Insta Aero-nun yeni versiyasını yükləyin və quraşdırın). Ən son versiyadan istifadə edirsinizsə, bu problem çox güman ki, Insta Aero ilə əlaqəli deyil. Təəssüf ki, vaxtaşırı rəsmi Instagram serverləri çökür. Belə olan halda bu, Insta Aero-ya da təsirsiz ötüşmür. Donma problemi isə çox güman ki, telefonunuzdan qaynaqlanır. Donma problemi varsa, telefonun RAM-nı təmizləyin və açıq tətbiqləri bağlayın. Lazım gələrsə telefonu söndürün və açın.

Qeyd: Buradakı cavablar probleminizi həll etmirsə, zəhmət olmasa, aşağıdan şərh yazaraq soruşun. Tezliklə cavablayacağımızdan əmin ola bilərsiz.

4 thoughts on “Insta Aero Yüklə v24.0.0”

  1. İnstagram aeronu yüklədim. Amma köhnə hesabımı və şifrəmi yazıram,tapmır. Aero versiya üçün yeni hesab açmalıyam? Mən əvvəlki adi instagram hesabımı indi aero versiyada istofadə edə bilmərəm? Nə etməliyəm bunun üçün?

    Cavabla
    • Salam. Xeyr yeni hesab açmalı deyilsiz. Əlbətdə ki köhnə hesabınızı istifadə edə bilərsiz. Tətbiqi quraşdırdıqdan sonra açın və Create account yoX, Log in-ə klik edin. Növbəti səhifədə isə istifadəçi adınızı və şifrənizi yazıb asanlıqla giriş edə bilərsiz. Əgər yenə də çətinliklə üzləşsəniz, Instagram-dan azerbalaev hesabına və yaxud info@azerbalayev.com e-poçt ünvanına ekran görüntüsü göndərin.

      Cavabla
  2. Salam mən də uzun müddətdir aeroinstanı sevərək işlədirəm amma tez tez donur like atanda aeroinsta çökdü yazır və atır yaxud keşfetdəkilərə baxanda dayanır və yenə proqramnan atır onu da qeyd edim ki ən son versiyada belədi əvvəl belə olmurdu ona görə məcbur köhnə versiya yükləyib işlədirəm(

    Cavabla

Leave a Comment