Instagram Plus Yukle

İstifadəçilər mod Instagram tətbiqi axtararkən Instagram Plus yazıb axtarır. Çünki Instagram Plus ən birinci istifadəyə verilən mod tətbiqi olmuşdur. Bu mod, istifadəçilər arasında Insta Plus kimi də adlandırılır.

Insta Plus, OgMods tərəfindən istifadəyə verilmişdi. Bu tərtibatçılar bir müddət Insta Plus -u təkmilləşdirdilər, lakin sonradan hansısa səbəbdən tətbiqin istifadəsini dayandırdılar.

Təəssüflər olsun ki, Instagram Plus 2022 versiyası mövcud deyil. Çünki Instagram Plus -un sonuncu versiyası 2015-ci ildə yayımlanıb.

Bu səbəbdən, Instagram Plus -a alternativ ən yeni Instagram tətbiqlərini yükləməyiniz üçün aşağıda linklər verəcəm.

Instagram Plus

Bir az əvvəl də dediyim kimi, Instagram Plus -un yeni versiyası artıq yoxdur. Son güncəlləmə 2015-ci ildə gəlib. Yəqin ki, heç kim köhnə illərə aid bir Instagram-a sahib olmaq istəməz. Elə bu səbəbdən mən də öz növbəmdə Instagram Plus yükləməyinizi məsləhət görmürəm.

Amma yenədə ürəyiniz rahat olsun deyə bu səhifənin aşağı hissələrində Instagram Plus yükləmə düyməsini paylaşacam. Yükləyib özünüz də yoxlaya bilərsiz. Lakin yüklədikdən bir neçə dəqiqə sonra siləcəyinizə əmin ola bilərsiz 🙂 Çünki bu tətbiqdə rəsmi Instagram-ın ən köhnə versiyalarından biri ilə qarşılaşacaqsız.

Instagram Plus Yukle

İndi isə Insta Plus -un son versiyası sayılan Instagram Plus 2022 tətbiqlərinə nəzər salaq.

Instagram Plus -a alternativ tətbiqlər:

Instagram Plus -a alternativ olan ən yaxşı tətbiqləri sizinlə paylaşıram. Bu tətbiqlər hal hazırda dünyada ən çox istifadə olunan mod tətbiqlər arasındadır. Beləliklə, Instagram Plus əvəzinə yükləyə biləcəyiniz tətbiqlər aşağıdakılardır.

Aero Instagram

Aero Instagram, Insta Plus -a alternativ olan demək olar ki ən yaxşı tətbiqdir. Aero Instagram, rəsmi Instagram-da olmayan bir çox fərqli xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər Insta Aero istifadəçilərinə imtiyazlar verir.

Tətbiqin xüsusiyyətləri arasında statusları və bütün digər paylaşımları bir kliklə yükləmək, mesajı DM-də mesajı gördüyünü gizlətmək, profil şəkillərinə böyük ölçüdə baxmaq və s. xüsusiyyətlərindən daha çox istifadə olunur.

Əgər siz də bu və daha çox imtiyazlara sahib olmaq istəyirsizsə, Insta Plus əvəzinə Aero yükləyin. Aero Instagram, türk developer Hazar Bozkurt tərəfindən yaradılıb və onun tərəfindən inkişaf etdirilir. İstəsəniz saytımızdan Hazar Bozkurt-un daha iki tətbiqi olan WhatsApp Aero və AeroWitter-a da nəzər sala bilərsiz.

Instagram Aero-nun 2 quraşdırma paketi var. Unclone və Clone. Təlimatlarda bu paketlərin nə olduğunu qeyd etmişəm. Tətbiqi yükləmə üçün aşağıda verəcəyim düyməyə klik. Növbəti yazıda isə təlimatları izləyərək saytımızdan sürətli və təhlükəsiz şəkildə yükləyin.

Aero Instagram-a aid bəzi ekran görüntüləri

insta aero apk

InstaPro

Insta Plus -a  alternativ olan digər bir tətbiq isə InstaPro-dur. InstaPro nədir? sualına qısa cavab versək, bu modun rəsmi Instagram-dan fərqli xüsusiyyətləri var və istifadəçilərinə imtiyazlar verir.

Hər şeydən əvvəl, hər zaman ən son versiya InstaPro yükləmək istəyirsinizsə, Telegram kanalımıza qoşulun və bildirişləri açıq saxlayın. InstaPro-nun yeni versiyaları olduqca onları kanalımızda paylaşırıq.

InstaPro da digər mod tətbiqlər kimi Play Market-də olmadığı üçün apk olaraq yükləməliyik. Buna görə də InstaPro, Play Market-dən yüklənmiş tətbiqlər kimi avtomatik olaraq yenilənmir.

Bu mod SamMods tərəfindən yaradılmışdır və onun tərəfindən tərtib edilir. InstaPro, digər Instagram modları, Insta Aero və Instander kimi fərqli xüsusiyyətləri olan bir tətbiqdir.

InstaPro’nun özünə məxsus istifadəçiləri vardır. InstaPro istifadəçisi olmaq və bu imtiyazlara sahib olmaq istəyirsinizsə, vaxt itirmədən InstaPro yükləyin.

InstaPro-da ‘unclone’ və ‘clone’ paketləri var. InstaPro yükləmə təlimatlarını oxuyaraq hansı paketi yükləyəcəyinizə qərar verə bilərsiniz.

Beləliklə InstaPro-nun, Insta Plus -u əvəz edə biləcəyinə yəqin ki şübhəniz yoxdur. Aşağıda verəcəyim düyməyə klik edərək, InstaPro yükləmə səhifəsinə keçid edə bilərsiz.

InstaPro-ya aid bəzi ekran görüntüləri

insta pro

Instander

3-cü tətbiqimiz isə Instander-dir, hansı ki onu, Insta Plus -a alternativ göstərə bilərik. Əvvəlcədən qeyd etmək istərdim ki, Instander-i yalnız Android cihazlarınıza yükləyə bilərsiz.

Instander-in ‘unclone’ və ‘clone’ paketləri mövcuddur. Instander yükləmə təlimatlarında hansı paketin sizin üçün uyğun olduğuna qərar verə bilərsiniz.

Instander Insta Plus əvəzinə istifadə edə biləcəyiniz qabaqcıl xüsusiyyətləri olan mod Instagram tətbiqidir. Instander rəsmi Instagram-dan daha çox imtiyazlar verən bir çox fərqli xüsusiyyətə malikdir.

Instander rusiyalı tərtibatçı Dmitri Qavrilov tərəfindən yaradılıb və indiyə qədər onun tərəfindən tərtib edilir.

Instander yükləyərək, statusları və paylaşımları yükləmək, sponsorlu reklamları söndürmək, istifadəçilərin profil şəkillərinə böyük ölçüdə baxmaq və s kimi bir çox funksiyaya sahib ola bilərsiniz.

Instander həmçinin Insta Aero və InstaPro kimi bir çox mod xüsusiyyətlərinə malikdir. Bu tətbiq, Meta şirkəti tərəfindən qeyri-qanuni sayıldığı üçün Play Store-da mövcud deyil.

Insta Plus əvəzinə bu tətbiqi seçirsizsə, aşağıda verəcəyim düymədən yükləmə səhifəsinə keçid edin.

Instander-ə aid bəzi ekran görüntüləri

instander

Instagram Plus Yukle

Söz verdiyim kimi, Insta Plus -un yükləmə səhifəsinə keçid düyməsini sizinlə paylaşıram. Lakin yenə də təkrar edirəm,  Insta Plus -u əvəz edən 3 tətbiqdən birini yükləməyiniz məsləhətdir.

Çünki, onsuzda bir neçə dəqiqədən sonra Insta Plus tətbiqi köhnə olduğu üçün siləcəksiniz. Bunu aşağıda Insta Plus -a aid paylaşdığım ekran görüntülərindən də görmək mümkündür.

Instagram Plus-a aid bəzi ekran görüntüləri

insta plus

Insta Plus haqqında bəzi məlumatlar

Tətbiqin adı: Insta Plus
Əməliyyat sistemi: Android 4.1+ (dəqiq bilinmir)
Faylın ölçüsü və növü: 25.4mb / APK
Versiya: v10.14.0
Son yeniləmə: 2015
Developer: OgMods
Paket: Unclone (quraşdırmazdan əvvəl rəsmi Instagram-ı silməlisiz)

Leave a Comment