Instander Yüklə v17.2

Instagram son illərdə demək olar ki, hər kəsin smartfonunda mövcud olan bir tətbiq halına gəldi. 2010-cu ildə qurulan Instagram-ın 2021-ci il statistikasına görə 2 milyarddan çox aktiv istifadəçiyə çatdığı deyilir.

Amma bu istifadəçilərin hamısının rəsmi Instagram-dan istifadə etdiyini söyləmək düzgün olmaz. Çünki özəllik baxımından daha zəngin olan Instagram modları var. Bəzi istifadəçilər bu fərqli xüsusiyyətlərdən istifadə etmək üçün mod Instagram versiyalarını yükləyirlər.

Google-da axtarış etdiyiniz zaman bir çox Instagram modları ilə qarşılaşa bilərsiniz. Onlardan biri də Instander-dir. Instander yükləmək üçün səhifənin bir az aşağı hissəsində olan YÜKLƏ düyməsinə klikləyin və təlimatları izləyin. Gəlin Instander ilə yaxından tanış olaq.

Instander nədir?

İndi gəlin, Instander nədir? sualına cavab verək. Əvvəlcədən qeyd etmək istərdim ki, Instander yalnız Android cihazları ilə uyğun gəlir. Instander-in ‘unclone’ və ‘clone’ paketləri mövcuddur. Instander yüklə təlimatlarında hansı paketin sizin üçün uyğun olduğuna qərar verə bilərsiniz.

Instander rəsmi Instagram əvəzinə istifadə edə biləcəyiniz qabaqcıl xüsusiyyətləri olan Instagram mod tətbiqidir. Instander rəsmi Instagram-dan daha çox imtiyazlar verən bir çox fərqli xüsusiyyətə malikdir. Instander rusiyalı tərtibatçı Dmitri Qavrilov tərəfindən yaradılıb və indiyə qədər onun tərəfindən tərtib edilir.

Instander yükləyərək, statusları və paylaşımları yükləmək, sponsorlu reklamları söndürmək, istifadəçilərin profil şəkillərinə böyük ölçüdə baxmaq və s kimi bir çox funksiyaya sahib ola bilərsiniz. Instander həmçinin Insta AeroInstaPro kimi bir çox mod xüsusiyyətlərinə malikdir.

Instander Meta şirkəti tərəfindən qeyri-qanuni sayıldığı üçün Play Store-da mövcud deyil. Instander-in ən son versiyasını rəsmi internet saytından və ya bu səhifədən təhlükəsiz şəkildə yükləyə bilərsiz. Instanderi yükləməzdən əvvəl sizə yükləmə təlimatlarını oxumağı məsləhət görürəm.

Instander yükləmək üçün TƏLİMATLAR:

  1. Telefonunuz Android əməliyyat sistemi olmalıdır.
  2. Tələb olunan Android versiyası 5.0+
  3. Telefonda ən azı 100-150mb boş yaddaş sahəsi olmalıdır.
  4. Rəsmi Instagram-ı silmək niyyətindəsinizsə, ‘unclone’ paketini yükləyin. Yox əgər, rəsmi Instagram-ı silmədən ikinci Instagram tətbiqi yükləmək istəyirsinizsə, “clone” paketini yükləyin.
  5. Instander yükləməyə başlamaq üçün ‘YÜKLƏ’ düyməsini klikləyin.
  6. Növbəti səhifədə ‘unclone’ və ya ‘clone’ paketləri arasında seçim edin və üzərinə klikləyin.
  7. Növbəti səhifədə isə YÜKLƏ düyməsini klikləyin və Instander yükləyin.
  8. Yüklədikdən sonra yüklədiyiniz Instander apk faylına klikləyin və onu quraşdırın.
  9. Quraşdırma zamanı Naməlum Mənbələrdən icazə istənərsə, icazə verin və quraşdırmaya davam edin.
  10. Quraşdırma tamamlanıbsa, deməli Instander hazırdır. Tətbiqi açıb hesabınızla daxil olmaqla, bütün müxtəlif funksiyalardan istifadə edə bilərsiniz.

Instander-in bəzi xüsusiyyətləri:

  • Tərtibatçı modu;
  • Reklamları söndürün;
  • Analitikanı söndürün;
  • Fotoları, videoları, hekayələri, statusları, IGTV-ləri yükləyin;
  • Tətbiqdaxili brauzeri söndürün;
  • İstifadəçilərin profil şəkillərini böyütmək;
  • Birbaşa mesajları oxunmamış kimi qeyd edin;
  • Hekayələrin keyfiyyətini artırmaq;
  • OTA Yeniləmə;
  • Parametrlərin 25 dilə tərcüməsi.

Və bir çox fərqli xüsusiyyətlər…

Instander yeniləmə:

Instander yeniləmə. İlk növbədə qeyd etməliyəm ki, Instander-in yeni versiyalarından xəbərdar olmaq üçün Telegram kanalımıza qoşula bilərsiniz. Bütün mod tətbiqləri kimi, Instander də vaxtaşırı yenilənməlidir.

Bu tətbiq təxminən hər 3 aydan bir yenilənir. Yeniləməsəniz, tətbiq bir neçə həftə və ya aydan sonra fəaliyyətini dayandıracaq. Ancaq dərhal yeniləmək də vacib deyil. Köhnə versiya bayaq qeyd etdiyim kimi müəyyən müddət işləyəcək. Instander-in yeni versiyası olduqda yeniləmə haqqında bildiriş alacaqsız.

Amma bu bildiriş həmişə gəlməyə bilər və ya bildirişdəki yükləmə düyməsi işləməyə bilər. Buna görə də, bildiriş aldıqdan bir neçə saat və ya bir neçə gün sonra bu səhifəni yenidən ziyarət edin. Yeni versiyanı yükləmə təlimatlarına əməl etməklə ‘YÜKLƏ’ düyməsindən Instander yükləməyə başlayın.

Köhnə versiyanı silmək lazım deyil. Yeni versiya köhnə versiyanın üzərinə quraşdırılacaq. Instander-in yeni versiyasını yüklədikdən sonra üzərinə klikləyin və onu yeniləyin. Bəli, yeniləmə prosesi tamamlandı. Yeni versiyada edilən dəyişiklikləri səhifənin aşağı hissəsində oxuya bilərsiniz.

Instander son versiya v17.2-də edilən dəyişikliklər:

VACİB! Quraşdırma üçün minimum tələblər artdı:

Android 9+ (SDK 28);
ABI AArch64 (ARM64-v8a).

Android 12+ üçün Monet mövzusu əlavə edildi;
Monet mövzusunu söndürən əlavə edildi;
Bəzi cihazlarda Sabit Yem yüklənməsi;
Sabit çarxları yükləmə düyməsi;
Sabit Alte & Hoefler Yeni şriftləri;
Hədəf SDK 33-ə yüksəldi;
Klon versiyasında dəyişdirilmiş proqram simvolu;
Bəzi tərcümələr yeniləndi, tərcümələrdə kömək edən hər kəsə təşəkkürlər.

2 thoughts on “Instander Yüklə v17.2”

Leave a Comment