JT WhatsApp Yüklə : Bildiyiniz kimi, WhatsApp hazırda dünyada ən çox istifadə edilən mesajlaşma xidmətidir. İstifadəçilərinin sayı günü-gündən artan WhatsApp, zaman zaman yeni funksiyalar əlavə etməyə davam edir.
WhatsApp demək olar ki, hər bir smartfonda mövcuddur. WhatsApp xidmətinin bu qədər istifadə olunmasının bir çox səbəbi var. Amma bunun əsas səbəbləri arasında WhatsApp-ın sürətli və təhlükəsiz olmasıdır.
Amma məlum məsələdir ki, bütün istifadəçilər adi WhatsApp tətbiqindən istifadə etmir. Bəli, bəzi istifadəçilər WhatsApp-ın mod versiyalarından istifadə edir.
İstifadəçilərin bu cür tətbiqlərdən istifadə etmələrinin səbəbi adi WhatsApp-da olmayan və bəlkə də heç vaxt olayacaq funksiyaların olmasıdır. Bu yazıda haqqında danışacağımız mod tətbiqi JT WhatsApp da bu tətbiqlərdən biridir.
JT WhatsApp yükləmək üçün səhifəni yuxarı sürüşdürün və YÜKLƏ düyməsinə klik edin. Ancaq sizə məsləhətim JT WhatsApp yükləməzdən əvvəl təlimatları oxuyun.
JT WhatsApp yükləmə təlimatları:
- Telefonunuz Android əməliyyat sistemi olmalıdır.
- Tələb olunan Android versiyası: 5.1+
- Telefon yaddaşında ən azı 150-200mb boş yer olmalıdır.
- com.wa paketini yükləsəniz, adi WhatsApp-ı (əgər varsa) silməlisiniz (əgər silsəniz, bütün mesajlarınız həmişəlik silinəcək). Yox əgər JT WhatsApp-ı ikinci telefon nömrəniz üçün yükləyirsizsə, com.wa əvəzinə com.jtwhatsapp quraşdırma paketini yükləyin.
- Səhifəni bir az yuxarı sürüşdürün və YÜKLƏ düyməsinə klik edin (reklam çıxarsa bağlayın). Növbəti səhifədə quraşdırma paketinizi seçin və üzərinə klikləyin. Növbəti səhifədə yenidən YÜKLƏ düyməsini sıxın və JT WhatsApp yükləyin.
- Yüklədiyiniz jt whatsapp apk faylının üzərinə klikləyin və quraşdırın.
- Quraşdırma zamanı Naməlum Mənbələrdən icazə istənilirsə, icazəni açın və telefonda geri düyməsinə toxunaraq quraşdırmaya qayıdın.
- Quraşdırma heç bir problem olmadan başa çatdısa, deməli JT WhatsApp hazırdır!
- İndi JT WhatsApp-da qeydiyyatdan keçərək bütün fərqli xüsusiyyətlərindən istifadə edə bilərsiniz
JT WhatsApp yeniləmə:
JT WhatsApp’ın yeni versiyası mövcud olduqda sizi bildirişlə xəbərdar edəcək. Bu bildiriş sayəsində JT WhatsApp’ın yeni versiyasının olduğunu biləcəksiniz.
Ancaq bu bildiriş həmişə gəlməyə bilər. Odur ki, saytımızın Telegram kanalına qoşulun ki, bildiriş almazdan əvvəl və ya JT WhatsApp-ın yeni versiyası olanda xəbərdar olasız.
Yeniləmə olduqda tətbiqi dərhal yeniləmək vacib deyil. Çünki köhnə versiya hələ bir neçə həftə işləyəcək. Yeniləmə gələndən bir neçə saat və ya bir neçə gün sonra bu səhifəni yenidən ziyarət edin.
Yeni versiyanı, əvvəl yükləyinizin qaydada JT WhatsApp yükləmə təlimatlarını izləyərək yükləyə bilərsiz. Yeni versiya jt whatsapp apk faylını yüklədikdən sonra üzərinə klikləyin və quraşdırın.
Köhnə versiyanı silməyin, yeni versiya köhnə versiyanın üzərinə quraşdırılacaq. Köhnə versiyanı silsəniz, bütün mesajlarınız silinəcək. Yeni versiyanı quraşdırdıqdan sonra artıq heç nə etmək lazım deyil.
Yeni versiyada olan dəyişiklikləri ekranda görəcəksiniz. Bildirişdəki dəyişiklikləri oxuduqdan sonra bağlaya və JT WhatsApp yeni versiyanı istifadə etməyə başlaya bilərsiz. İstəsəniz, bu səhifənin aşağı hissəsində dəyişiklikləri azərbaycan dilində də oxuya bilərsiz.
JT WhatsApp-ın bəzi xüsusiyyətləri:
- WhatsApp-ı uçuş rejiminə qoymaq
- Statusları yükləmək
- Mavi xətti və ikinci xətti gizləmək
- Son görülməni gizləmək
- Silinmiş mesajlara görmək
- Silinmiş statuslara görmək
- Onlayn olanları görmək
Və buna bənzər bir çox xüsusiyyət mövcuddur…
JT WhatsApp yeni versiya v9.91-də edilən dəyişikliklər:
Baza Yeniləməsi: 2.23.21.88
Ghost rejimi əlavə edildi
Hər bir söhbət üçün Xüsusi Medi Yükləmə nəzarəti əlavə edin
WhatsApp köhnə UI üslubu əlavə edildi (JiMODs > Əsas > Başlıq > Ev UI Stili)
Əlavə et Mesajın redaktə tarixçəsinə baxın (V9.91 quraşdırdıqdan sonra)
Xəyal rejimi ikonasını göstərmək/gizlətmək üçün Seçim əlavə edilib
Antiban təkmilləşdirmələri əlavə edin.
JT WhatsApp-a alternativ olan bəzi WhatsApp Modları:
WhatsApp Plus
WhatsApp Plus ən köhnə modlardan biridir. Google-da əsl WhatsApp Plus-u paylaşan çox az sayt qalıb. Amma siz bu yazını oxuyursuzsa şanslı sayılırsız, çünki əsl WhatsApp Plus-u hər zaman saytımızdan yükləyə bilərsiz.
FM WhatsApp
FM WhatsApp, Fouad Moktad tərəfindən hazırlanmış əlavə xüsusiyyətlərə malik mod tətbiqdir. JT WhatsApp-a alternativ tətbiq axtarırsınızsa, əminliklə deyə bilərəm ki, FM WhatsApp yükləyə bilərsiniz.
WhatsApp Aero
Yəqin ki, WhatsApp Aero haqqında eşitmisiz. Hazar Bozkurt tərəfindən hazırlanmış bu tətbiq JT WhastApp-a alternativ ola bilər. Sınamaq istəyirsinizsə, WhatsApp Aero-nu yükləyin və sınayın.
WhatsApp Mix
Nairo tərəfindən yaradılmış bu mod tətbiqinin özünəməxsus xüsusiyyətləri və rəng seçimləri var. Düşünürəm ki, WhatsApp Mix, JT WhatsApp-a alternativ ola bilər.
GB WhatsApp
Bu tətbiqin ən son versiyasını həmişə saytımızdan yükləyə bilərsiniz. Alex Mods tərəfindən tərtib olunan bu tətbiq əsl GB WhatsApp-dır. İstəsəniz, JT WhatsApp-a alternativ olaraq GB WhatsApp yükləyə bilərsiniz.