NS WhatsApp Yüklə v9.65

Əgər NS WhatsApp yüklə – ilə bağlı təlimatları və digər təfərrüatları oxumadan yükləməyə başlamaq istəyirsinizsə, səhifəni yuxarı sürüşdürün və ‘YÜKLƏ’ düyməsini klikləyin. Bildiyiniz kimi, demək olar ki, hər kəs öz smartfonlarında WhatsApp Messenger-dən istifadə edir.

WhatsApp, 2009-cu ildə Kaliforniyada Jan Koum tərəfindən yaradılıb. 2014-cü ildə Meta şirkəti tərəfindən alınıb. Meta tərəfindən satın alınan WhatsApp gündən-günə daha da inkişaf etməyə başladı. WhatsApp bu gün Play Market-də yükləmə rekordu qırır.

Hazırda 2022-ci ildə istifadəçilərin sayı 2 milyardı ötüb. Amma sizə deməliyəm ki, bu istifadəçilərin hamısı rəsmi WhatsApp-dan istifadə etmir. İstifadəçilərin müəyyən hissəsi mod WhatsApp tətbiqlərindən istifadə edir. Bu tətbiqlər arasında sizə misal olaraq WhatsApp Plus və ya FM WhatsApp-ı göstərə bilərəm.

Bu tətbiqlərdən biri də NS WhatsApp-dır. NS WhatsApp digər modlar kimi məşhur olmasa da, onun özünəməxsus istifadəçiləri var. NS WhatsApp yükləməzdən əvvəl gəlin bu tətbiqi yaxından tanıyaq.

NS WhatsApp nədir?

NS WhatsApp nədir? deyə soruşsanız, bu tətbiq WhatsApp Messenger tətbiqindən fərqli və maraqlı xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətləri sayəsində istifadəçilərinə imtiyazlar təqdim edir.

Bu maraqlı xüsusiyyətlər arasında istifadəçilər tərəfindən ən çox bəyənilən və istifadə edilən son görülməni gizlət, silinmiş mesajlara bax, söhbətləri gizlət, statusları yüklə, müxtəlif mövzular quraşdırmaq və s. kimi bir çox xüsusiyyətləri var.

Həmçinin NS WhatsApp-da digər modlarda olmayan rəng seçimləri var. Mavi (com.wa), Narıncı (com.nswa), Qırmızı (com.nswa2) və Yaşıl (com.gbwhatsapp). Ama rənglərin yanında yazdığım kimi bu rənglərin paketləri fərqlidir. NS WhatsApp-ın hansı paketini yükləyəcəyinizə, NS WhatsApp yüklə təlimatlarında qərar verə bilərsiniz.

Bu tətbiq həm də NS WhatsApp 3D kimi tanınır. NS WhatsApp Nairton Silva tərəfindən yaradılmışdır və onun tərəfindən inkişaf etdirilir. Əgər siz də bu fərqli xüsusiyyətlərlə dostlarınızı təəccübləndirmək istəyirsinizsə, NS WhatsApp yüklə bilərsiz.

Qeyd: Yuxarıda qeyd etdiyim NS WhatsApp rənglərini yüklədikdən sonra istəsəniz NS Mods parametrlərinin YoThemes bölməsindən yeni tema quraşdıraraq interfeys rəngini dəyişə bilərsiniz.

Bu tətbiqi haradan yükləmək olar?

Google-da axtarış etdiyiniz zaman çoxlu NS WhatsApp Yüklə adlı məqalələr ilə rastlaşa bilərsiniz. Amma bu məqalələrin heç də hamısı əsl NS WhatsApp-a aid deyil. Təəssüf ki, bəzi sayt sahibləri və ya müəlliflər öz saytlarına daha çox istifadəçi cəlb etmək üçün yalan başlıqlar yazır.

Məsələn, hazırda real versiya v9.35-dir, lakin bəzi saytlar versiyanı v11.30 adı altında paylaşır. Təbii ki, bu, Nairton Silva tərəfindən hazırlanmış real NS WhatsApp ola bilməz. Sizə məsləhətim odur ki, NS WhatsApp-ı yalnız etibar etdiyiniz və əvvəllər NS WhatsApp yüklədiyiniz saytlardan yükləyin.

NS WhatsApp Play Market-də mövcud deyil. Çünki bu, rəsmi tətbiq deyil və rəsmi WhatsApp-ın saxta versiyası kimi tanınır. Belə olan halda, bu tətbiqi yalnız apk faylı kimi yükləməli və quraşdırmalısız. NS WhatsApp yükləmək haqında təcrübəniz yoxdursa, narahat olmayın.

Aşağıdakı NS WhatsApp yüklə təlimatları sayəsində yükləmə və quraşdırma prosesi sizin üçün çox asan olacaq. Siz həmçinin Bizimlə Əlaqə səhifəsində və bu səhifənin aşağı hissəsində şərh yazaraq bizə sual verə bilərsiniz. Şərh yazaraq suallar verməkdən çəkinməyin, çünki suallarınızı cavablandırmaqdan məmnunuq.

NS WhatsApp yüklə və quraşdır:

  1. NS WhatsApp yüklə məyə başlamazdan əvvəl telefonunuzun yaddaşında ən azı 100-150mb boş yerin olub olmadığını yoxlayın.
  2. Telefonunuzda Android əməliyyat sistemi olmalıdır.
  3. Tələb olunan Android versiyası 5.1+.
  4. NS WhatsApp-da 3 quraşdırma paketi var: com.wa (mavi), com.nswa (narıncı) və com.nswa2 (qırmızı). Mötərizədə yazdığım rənglər bu paketlərin interfeys rəngləridir. Hansını yükləsəniz, NS WhatsApp-ın interfeys rəngi belə olacaq. (bunu daha sonra tema quraşdırmaqla dəyişə bilərsiniz)
  5. com.wa (mavi): Bu paketi yükləsəniz, quraşdırmadan əvvəl telefonunuzdan (əgər varsa) rəsmi WhatsApp-ı (Play Market-dən yüklənmiş) silməlisiniz. (əgər silsəniz, bütün mesajlarınız həmişəlik silinəcək. Ama qrupları tərk etməyəcəksiz)
  6. com.nswa, com.nswa2 və com.gbwhatsapp: Bu paketlərdən birini yükləsəniz, rəsmi WhatsApp-ı silmək lazım olmayacaq. Eyni telefonda rəsmi WhatsApp-dan istifadə etmək mümkündür. İkinci və ya üçüncü telefon nömrəniz üçün WhatsApp tətbiqi istəyirsinizsə, bu paketlərdən bəyəndiyiniz rəngi yükləyə bilərsiniz.
  7. NS WhatsApp-ı yükləməyə başlamaq üçün səhifəni bir az yuxarı sürüşdürün, ‘YÜKLƏ’ düyməsini tapın və üzərinə klikləyin.
  8. Növbəti səhifədə bayaq qeyd etdiyim quraşdırma paketlərindən birini seçin və üzərinə klikləyin.
  9. Növbəti səhifədə yenidən ‘YÜKLƏ’ düyməsini klikləyin və ns whatsapp apk faylını yükləyin.
  10. Yüklədikdən sonra ns whatsapp apk faylını bildirişlərdən və ya Yükləmələr qovluğundan tapın və quraşdırmaq üçün üzərinə klikləyin.
  11. NS WhatsApp quraşdırılması zamanı Naməlum Mənbələrdən icazə istənilərsə, icazəni açın və telefonda geri düyməsinə toxunaraq quraşdırmaya davam edin.
  12. Hər şey qaydasındadırsa, NS WhatsApp hazırdır.
  13. Tətbiqi açın və nömrənizlə qeydiyyatdan keçin.
  14. Siz artıq NS WhatsApp-ın bütün fərqli xüsusiyyətlərini istifadə edə bilərsiniz!

NS WhatsApp yeniləmə:

İlk növbədə NS WhatsApp-ın yeni versiyalarından vaxtında xəbərdar olmaq və real NS WhatsApp-ı yükləmək istəyirsinizsə, Telegram kanalıma qoşulun. NS WhatsApp təxminən hər 2-3 aydan bir yenilənir. Əgər yeniləmə ilə bağlı təcrübəniz yoxdursa, narahat olmayın.

Çünki NS WhatsApp yeniləmə haqqında sizə məlumat verəcəm. NS WhatsApp-ın yeni versiyası mövcud olduqda, tətbiq sizə bildiriş göndərir. Bu bildirişdən sonra köhnə versiya təxminən bir neçə həftə işləməyə davam edəcək. Bu səbəbdən də bilmıyinizi istəyirəm ki, NS WhatsApp-ın yeni versiyasını dərhal yükləmək vacib deyil.

Bu bildirişdəki yükləmə linki həmişə işləməyə bilər və ya yönləndirilən saytdan NS WhatsApp-ın yeni versiyasını yükləmək sizin üçün çətin ola bilər. Buna görə də, yeni versiya bildirişi gələndən bir neçə saat və ya bir neçə gün sonra bu səhifəyə daxil olun.

Əgər bu səhifədə NS WhatsApp-ın yeni versiyası yenilənibsə (yoxlamaq üçün NS Mods / Haqqında bölməsinə keçin. Əgər orada yazılan versiya bu səhifədəki versiyadan fərqlidirsə, bu, NS WhatsApp-ın saytda yeniləndiyini bildirir) yeni versiyanı yükləyin. İndi isə gəin NS WhatsApp-ın yeni versiyasını yükləməyə başlayaq.

  1. NS WhatsApp-ın yeni versiyasını yükləmək üçün ‘YÜKLƏ’ düyməsini klikləyin və növbəti səhifədə quraşdırma paketinizi və ya rənginizi seçin və üzərinə klikləyin.
  2. Növbəti səhifədə yenidən ‘YÜKLƏ’ düyməsini sıxın və yeni versiya ns whatsapp apk faylını yükləyin.
  3. Köhnə versiyanı silməyin. Əgər silsəniz, bütün mesajlarınız silinəcək.
  4. Yüklədiyiniz yeni versiya ns whatsapp apk faylının üzərinə klikləyin və quraşdırın.
  5. Hər şey yaxşı keçdisə, deməli NS WhatsApp yeni versiyaya yeniləndi.
  6. Bundan sonra əlavə nə isə etməli deyilsiz.
  7. Artıq yeni versiyada əlavə edilmiş funksiyalardan istifadə edə bilərsiniz.

Qeyd: NS WhatsApp-ın yeni versiyasını açdığınız zaman yeni versiyada olan dəyişiklikləri Portuqal dilində görə bilərsiniz. Yeni əlavə edilmiş funksiyaları və düzəlişləri Azərbaycan dilində oxumaq üçün bu səhifənin aşağı hissəsinə baxın.

NS WhatsApp-ın bəzi xüsusiyyətləri:

Gizlilik:

  • Mavi xətti və ikinci xətti gizlət
  • Son görülməni gizlət
  • Silinmiş statuslara bax
  • “Bir dəfə bax” mesajlarına limitsiz baxın
  • Sizə kimin zəng edə biləcəyinə qərar verin
  • Silinmiş statuslara baxın və s.

Mövzular:

  • YoThemes bölməsindən istənilən mövzunu quraşdıra, dəyişdirə və ya silə bilərsiniz.

Ümumi:

  • Tətbiqin bütün rənglərinin, o cümlədən interfeysin dəyişdirilməsi
  • Fəaliyyət çubuğunun rəngini dəyişdirin
  • Fon rəngini dəyişdirin
  • Bütün ekranlar üçün naviqasiya panelinin rəngini dəyişdirin
  • Emoji növünün dəyişdirilməsi
  • Şrifti dəyişdirin
  • Giriş ikonunu dəyişdirin
  • Bildiriş ikonunu dəyişdirin
  • Qalereyada media fayllarını gizlədin
  • WhatsApp məlumatlarının ehtiyat nüsxəsini çıxarın
  • WhatsApp ehtiyat nüsxəsini bərpa edin və s.

Ana Ekran:

  • İnterfeys üslubunun dəyişdirilməsi
  • Statusların Instagram statusları görünüşünə dəyişdirilməsi
  • İnterfeysdə Qruplar üçün ayrıca bölmə yaradılması
  • WhatsApp-ın uçuş rejiminə salınması
  • Onlayn olanları görmək
  • Göndərməzdən əvvəl statusu təsdiqləyin və s.

Və bunlar kimi daha bir çox xüsusiyyətlər mövcuddur…

NS WhatsApp son versiya v9.63-də edilən dəyişikliklər:

Əlavə edildi: Qadağaya qarşı Max. Anti-Ban