SnapTube Android Yüklə v6.21.0.6213610

SnapTube Yüklə adlı bu yazıda sizə sosial şəbəkələrdən video və musiqi yükləyə biləcəyiniz bir tətbiq haqqında məlumat verəcəm. Çünki internetdən musiqi və video yükləmək bəzən müxtəlif səbəblərdən çətin olur. 

Bildiyiniz kimi, Facebook, YouTube, Instagram və s. bir çox sosial platformada videoları birbaşa qalereyamıza yükləmək funksiyası yoxdur. Amma bəzən musiqi və videoları telefonumuza yükləmək istəyirik. Bu zaman bizə köməkçi bir tətbiq lazım olur. Bu tətbiqlərdən biri də SnapTube-dur.

Snaptube yüklə və quraşdır adlı təlimatı və xüsusiyyətləri oxumadan SnapTube yükləmək istəyirsinizsə, elə isə səhifəni yuxarı sürüşdürün və ‘YÜKLƏ’ düyməsindən yükləyin.

İstəsəniz, saytımızda olan digər Android Tətbiqlərə də baxın.

SnapTube Nədir?

Yuxarıda da qeyd etdiyim kimi, SnapTube video və musiqi yükləmək üçün bir köməkçi tətbiqdir. Məndən soruşsanız, mən də telefondan video və musiqi yükləmək üçün bir çox tətbiq və internet saytlarından istifadə etmişəm.

Amma onların heç biri məni tam qane etməyib. Buna görə də mən uzun axtarışlardan sonra nəhayət ki SnapTube yüklədim və indiyə qədər də istifadə edirəm. Çünki istifadəsi çox asandır və videoları həmçinin musiqiləri çox sürətlə yükləyir və konvert edir.

Düzdür, bu proses üçün başqa tətbiqlər da var. Amma əminliklə deyə bilərəm ki, SnapTube bu iş üçün ən yaxşısıdır.

SnapTube-un 1 milyondan çox aktiv istifadəçisi olduğu bildirilir və tamamilə pulsuzdur. Tətbiqdə Google reklamları var, lakin pulsuz olduğuna görə bunu normal qəbul etməliyik.

SnapTube yüklə və quraşdır:

Yüklə:

  1. SnapTube yükləməzdən əvvəl bilmənizi istəyirəm ki, bu saytdan yükləyəcəyiniz SnapTube, yalnız Android cihazları üçündür və tələb olunan Android versiyası 5.0 və üzəridir.
  2. Telefonunuzda en az 100mb boş yer olmalıdır.
  3. SnapTube Play Store-da olmadığı üçün tətbiqi apk faylı kimi yükləməliyik.
  4. Bu səhifənin bir az aşağısında olan yaşıl rəngli “YÜKLƏ” düyməsini klikləyin.
  5. Növbəti səhifədə isə yenidən ‘YÜKLƏ’ düyməsini klikləyin və snaptube apk faylını yükləyin.

Apk faylını quraşdır:

  1. Yüklədiyiniz snaptube apk faylına klikləyin və onu quraşdırın.
  2. Tətbiqi quraşdırarkən Naməlum Mənbələrdən icazə tələb olunarsa, icazəni açın və telefonunuzda geri düyməsinə klik edin və quraşdırmanın bitməsini gözləyin.
  3. Təbrik edirəm, SnapTube artıq hazırdır!
  4. Tətbiqin bütün xüsusiyyətlərindən istifadə edə bilərsiniz.

SnapTube xüsusiyyətləri və istifadəsi:

Xüsusiyyətləri:

  • Müxtəlif sosial şəbəkələrdən video və mp3 yükləmək,
  • Snaptube ilə videolara baxarkən digər proqramlardan istifadə etmək,
  • Telefonunuzdakı lazımsız faylları silmək,
  • RAM-ı boşaltmaq,
  • SnapTube-a YouTube, Facebook və Instagram hesabları ilə daxil olmaq (Diqqət: Veb saytımız heç bir halda hesabınızın təhlükəsizliyinə cavabdeh deyil),
  • SnapTube ilə YouTube və s. kimi platformalarda reklamsız videolara baxmaq.

İstifadəsi:

YouTube, Facebook, Instagram, Vine, DailyMotion və Twitter kimi sosial şəbəkələrdən video və musiqi yükləyə bilərsiz. Bunun üçün yükləmək istədiyiniz videonun linkini kopyalayın. Daha sonra SnapTube tətbiqinə daxil olun və yuxarı hissədəki axtarış sahəsinə yapışdırın.

Əslində biz linki kopyalayıb SnapTube-a getdiyimiz zaman, tətbiq həmin linkdən videonu yükləmək istədiyimizi anlayır. Və girişdə bizə yükləmə linkini təklif edir (amma bu həmişə olmaya bilər).

Videonu endirərkən rezolyasiyanı seçmək imkanımız da var. Siz yükləmək istədiyiniz videonu istədiyiniz rezolyasiyaya qədər yükləyə bilərsiniz (original video neçə rezolyasiyaya qədərdirsə).

Musiqi yükləməyə gəlincə isə, video yükləyərkən etdiyimiz kimi edirik. Yalnız videodakı musiqi və ya səsi yükləmək istəyiriksə, videonun linkini yapışdırırıq və SnapTube bizə musiqini yükləmək üçün seçim təklif edir.

Necə ki, bayaq video yükləyərkən keyfiyyətini seçirdiksə, indi də musiqinin keyfiyyətini (K) seçib, yükləmək üçün üzərinə klikləyirik. Musiqi yükləmək video yükləməkdən bir neçə saniyə daha uzun çəkir.

Çünki, SnapTube əvvəlcə video kimi yükləyir, daha sonra onu mp3 formatına çevirir. Tətbiqlə bağlı hər hansı digər sualınız varsa, aşağıda şərh edərək soruşmaqdan çəkinməyin.

Telegram kanalımıza da abunə olsanız şad olaram. Təşəkkürlər!

Leave a Comment