WhatsApp Mix Yüklə v9.75

WhatsApp Mix Yüklə. Bu yazıda sizi WhatsApp Messenger-in (bundan sonra WhatsApp) fərqli xüsusiyyətlərə sahib olan bir mod versiyası ilə tanış edəcəm. Bildiyiniz kimi, WhatsApp dünyada ən çox istifadə edilən mesajlaşma xidmətidir. WhatsApp-ın 2022-ci ilin aprelində 2,44 milyon istifadəçini ötdüyü hesab olunur.

Play Market-də isə yükləmələrin sayı 5 milyardı ötüb. WhatsApp-ın mod versiyaları olduğunu yəqin ki eşitmisiz. Bu mod versiyalar ilk dəfə 2012-ci ildə WhatsApp Plus adı altında yaradılıb və bu günə qədər müxtəlif adlarla müxtəlif tərtibatçılar tərəfindən yaradılmağa davam edir.

Qısa müddət ərzində geniş yayılan bu modların xeyli istifadəçisi var. Saytımızda bu modların ən çox istifadə edilənlərini nəzərdən keçirmək üçün WhatsApp Modları səhifəsinə keçə bilərsiniz. Bu mod versiyalardan biri də WhatsApp Mix-dir. WhatsApp Mix digər mod versiyaları kimi fərqli xüsusiyyətlərə malikdir.

Bu funksiyalardan bəzilərini bu səhifənin aşağı hissəsində görə bilərsiz. WhatsApp Mix yükləməzdən əvvəl tətbiqi yaxından tanıyaq.

WhatsApp Mix nədir?

Digər WhatsApp mod tətbiqləri kimi, WhatsApp Mix də əlavə funksiyaları olan bir tətbiqdir. Bu xüsusiyyətlərə son görülməni gizlətmək, müxtəlif temalar quraşdırmaq, onlayn olanları görmək, söhbətləri gizlətmək və s. xüsusiyyətləri istifadəçilər tərəfindən geniş istifadə olunur.

WhatsApp Mix-i yalnız Android (5.1+) telefonlarda quraşdırmaq mümkündür. WhatsApp Mix təxminən 2016-2017-ci illərdə yaradılıb. Bu modun yaradıcısı Nairodur. WhatsApp Mix-də 3 quraşdırma paketi var (com.wa, com.wamix və com.wamix3). Yükləmə zamanı onlardan birini seçməlisiniz.

Bu quraşdırma paketlərindən hansını yükləyəcəyinizə WhatsApp Mix yüklə təlimatlarında qərar verə bilərsiniz . WhatsApp Mix-in özünə məxsus istifadəçiləri var. Mən hələki bu tətbiqlə bağlı istifadəçilərin ciddi şikayətlərinə rast gəlməmişəm. Sürətli və etibarlı tətbiq olduğunu deyə bilərəm.

WhatsApp Mix Play Marketdə mövcud deyil. Tətbiqi yalnız sadəcə saytlardan apk faylı kimi yükləmək lazımdır. WhatsApp Mix bütün digər WhastApp modları kimi rəsmi tətbiq deyil. Bu səbəbdən, WhatsApp Mix yükləmək və istifadə etmək məsuliyyəti tamamilə sizin üzərinizdədir.

WhatsApp Mix yükləmə təlimatları:

  1. Telefonunuzda Android əməliyyat sistemli olmalıdır.
  2. Tələb olunan Android versiyası: 5.1+
  3. Telefon yaddaşında ən azı 100-150mb boş yer olmalıdır.
  4. com.wa paketini yükləmək istəyirsizsə, adi WhatsApp-ı (əgər varsa) silməlisiniz (əgər silsəniz, bütün mesajlarınız həmişəlik silinəcək). Yox əgər ikinci və ya üçüncü telefon nömrəniz üçün WhatsApp Mix yükləyirsizsə, com.wa yerinə, com.wamix və ya com.wamix3 quraşdırma paketlərindən birini yükləyin.
  5. Səhifəni bir az yuxarı sürüşdürün və YÜKLƏ düyməsinə klik edin (reklam çıxsa bağlayın). Növbəti səhifədə isə quraşdırma paketinizi seçin və üzərinə klikləyin. Növbəti səhifədə yenidən YÜKLƏ düyməsinə klik edin və WhatsApp Mix yükləyin.
  6. Yüklədiyiniz whatsapp mix apk faylının üzərinə klikləyin və quraşdırın.
  7. Quraşdırma zamanı Naməlum Mənbələrdən icazə istənilirsə, icazəni açın və telefonda geri düyməsinə toxunaraq quraşdırmaya qayıdın.
  8. Quraşdırma heç bir problem olmadan tamamlandısa, deməli WhatsApp Mix hazırdır.
  9. İndi isə adi WhatsApp-da olduğu kimi telefon nömrənizlə qeydiyyatdan keçməklə bütün müxtəlif funksiyalardan istifadə edə bilərsiniz.

Haradan endirməliyik?

Google-da WhatsApp Mix üçün axtarış etdiyiniz zaman WhatsApp Mix adlı bir çox tətbiqlə qarşılaşa bilərsiz. Lakin onların əksəriyyəti əsl WhatsApp Mix deyil. Bəzi sayt sahibləri (və ya müəlliflər) versiya nömrəsini yüksək yazmaqla daha çox ziyarətçi əldə etməyə çalışırlar (məsələn, orijinal versiya əslində v9.27-dir ama bir çox saytlarda isə v11.50 kimi göstərilir).

Bu cür saytlarda versiya nömrəsi yüksək göstərilsə də, yükləmə prosesinə gəldikdə yenə də eyni versiyanı yükləyəcəksiniz. Və ya Nairo tərəfindən deyil, başqa bir tərtibatçı tərəfindən yaradılmış saxta WhatsApp Mix modunu yükləyəcəksiz.

Bəs hansının real olduğunu necə bilək? İlk növbədə belə pis halların qarşısını almaq üçün həmişə saytımızdan WhatsApp Mix yükləyin. Həmçinin, yeniləmə ilə bağlı bildiriş aldıqda, onu yadda saxlayın və bildirişdə yazılmış versiyanı yükləyin.

Onu da nəzərə almağınızı istəyirəm ki, WhatsApp mod versiyalarının yenilənməsinə gəlincə, köhnə versiya ilə yeni versiya arasında (rəqəm baxımından) çox da fərq olmur. Məsələn, köhnə versiya v9.27-dirsə, növbəti yeni versiya WhatsApp Mix təxminən v9.50 (maksimum) olacaq.

Ən çox sevilən xüsusiyyətlərindən bəziləri:

  • Silinmiş mesajlara baxın
  • Silinmiş statuslara baxın
  • Son görülənləri gizlədin
  • Bir kliklə statusları yükləyin
  • Söhbətləri gizlədin
  • Sizə kimin zəng edə biləcəyinə qərar verin
  • Müxtəlif mövzular quraşdırın
  • Mətnlərin ölçüsünü dəyişdirin

Və daha bir çox bu kimi xüsusiyyətlər…

Telegram kanalıma qoşulmaq üçün KLİKLƏYİN

WhatsApp Mix yeniləmə:

WhatsApp Mix yeniləməyə ehtiyac olduqda sizə bildiriş göndərəcək. Bildiriş gələn kimi yeniləmək vacib deyil. Çünki tətbiq daha bir neçə həftə işləyə bilər. Bəzən bu bildirişdəki ‘yeni versiya whatsapp mix yüklə‘ düyməsi işləməyə bilər və ya yönləndirilən saytdan WhatsApp Mix yükləmək çətin ola bilər.

Buna görə də, yeniləmə bildirişini aldıqdan bir müddət (bir neçə saat və ya bir neçə gün) sonra bu səhifəni yenidən ziyarət edin. Əvvəl yüklədiyiniz kimi YÜKLƏ düyməsini istifadə edərək whatsapp mix yeni versiya yükləyin. Yüklədikdən sonra yeni versiya whatsapp mix apk faylının üzərinə klikləyin və köhnə versiyanı silmədən quraşdırın.

Köhnə versiyanı silsəniz, mesajlarınız həmişəlik silinəcək. Bəli, yeniləmə prosesi başa çatdı, siz artıq yeni versiyada edilən yeniliklərdən istifadə edə bilərsiz. WhatsApp Mix-in yeni versiyasına edilən dəyişiklikləri oxumaq üçün səhifəni yuxarı sürüşdürün.

Leave a Comment