Dostlar, bildiyiniz kimi, WhatsApp Messenger iki milyondan çox aktiv istifadəçisi olan mesajlaşma xidmətidir. İstifadəçilərin əksəriyyəti tətbiqi bəyənsə də, bəzi istifadəçilər mod WhatsApp-lara üstünlük verir. Bunun səbəbini aşağıda yazacağım YO WhatsApp xüsusiyyətlərindən asanlıqla anlaya bilərsiniz. Məlumatları və təlimatları oxumadan YO WhatsApp yükləmək istəyirsinizsə, bu səhifənin aşağı hissəsindən ‘YÜKLƏ’ düyməsinə klik edərək YO WhatsApp yükləyə bilərsiniz. Unutmayın ki, telefonunuz Android əməliyyat sisteminə malik olmalıdır. Bir çox WhatsApp modları kimi, YO WhatsApp da bir çox fərqli xüsusiyyətlərə malikdir. Gəlin bu tətbiqi yaxından tanıyaq.
YO WhatsApp nədir?
YO WhatsApp, yarandığı gündən, təxminən 2020-ci ilə qədər, tərtibaçı Yousef Al-Basha tərəfindən tərtib edilir, güncəllənirdi. Lakin sonradan YO WhatsApp-ı hindistanlı tərtibatçı, FM WhatsApp-ın yaradıcısı olan Fouad Moktad-a həvalə etdi. Bəzi istifadəçilərin bu tətbiqə Fouad YoWa demələrinin səbəbi də budur. İşin pis tərəfi isə ondan ibarət oldu ki, istifadəçilər artıq köhnə YO WhatsApp əvəzinə sanki FM WhatsApp ilə qarşılaşırlar. YO WhatsApp artıq tam olaraq Fouad WhatsApp və FM WhatsApp ilə eynidir. Sadəcə adları və paketləri fərqlidir. Ama yaxşı tərəfləri daha çoxdur. Çünki Yousef Al-Basha artıq yeniliklər etməyə çətinlik çəkirdi və istifadəçiləri itirməyə başlamışdı. Fouad Moktad isə bu tətbiqə yenidən həyat verdi və YO WhatsApp yenidən istifadəçilərin rəğbətini qazanmağa başladı. YO WhatsApp yükləməzdən əvvəl zəhmət olmasa təlimatları oxuyun.
YO WhatsApp yüklə üçün TƏLİMATLAR:
- Tələb olunan Android versiyası 5.1 və üzəri.
- Telefonda tələb olunan boş yaddaş yeri ən az 100mb.
- YO WhatsApp yükləmək üçün telefonunuzdan Play Market-dən yüklənmiş adi WhatsApp-ı silməyə ehtiyac yoxdur. İkisini bir telefonda ayrı-ayrı nömrələrlə istifadə edə bilərsiniz. Əgər YO WhatsApp-ı adi WhatsApp-ın yerinə istifadə edəcəksinizsə, elə isə sizə YO WhatsApp yox, Fouad WhatsApp yükləməyi tövsiyyə edirəm.
- Bu səhifənin aşağısında olan ‘YÜKLƏ’ düyməsinə klik edirsiniz (reklam çıxarsa reklamı bağlayın) və açılan növbəti yükləmə səhifəsində yenidən ‘YÜKLƏ’ düyməsinə klik edib yo whatsapp yükləyirsiniz.
- Daha sonra yüklədiyiniz yo whatsapp apk faylının (tapa bilməsəniz Download və ya Yükləmələr qovluğuna baxın) üzərinə klik edib tətbiqi quraşdırırsınız.
- Quraşdırma zamanı Naməlum Mənbələr-dən icazə istənilərsə icazəni açıb, telefonda geri düyməsinə klik edib quraşdırmağa davam edin.
- Quraşdırma başa çatdıqdan sonra, adi WhatsApp-da olduğu kimi, tətbiqdə qeydiyyatdan keçin və YO WhatsApp-ın bütün xüsusiyyətlərindən istifadə etməyə başlayın.
YO WhatsApp-ın bəzi xüsusiyyətləri:
- Onlayn olanları görmək,
- Mavi xətti və ikinci xətti gizləmək,
- Söhbətləri gizlətmək,
- Fərqli mövzular tətbiq etmək,
- Statusları bir kliklə qalereyaya yükləmək,
- WhatsApp-ı uçuş moduna keçirmək,
- Yazıların rəngini və həcmini dəyişmək.
YO WhatsApp yeniləmə:
YO WhatsApp-da yeni versiya olduqda, tətbiq sizə bildiriş göndərir. Bu bildiriş gəlibsə, bu o deməkdir ki, YO WhatsApp yeni versiya hazırdır. Bildiriş gəldikdən bir neçə saat və ya bir neçə gün sonra bu səhifəni ziyarət edin. Daha əvvəl yüklədiyiniz kimi yeni versiya YO WhatsApp yükləyin. Daha sonra yüklədiyiniz yeni versiyanın üzərinə klik edərək quraşdırın. Bunu edərkən qətiyyən köhnə versiyanı silməyin. Əgər köhnə versiyanı silsəniz bütün mesajlarınız silinə bilər. Bu qədər, YO WhatsApp artıq yeniləndi. Yeni versiyada olan əlavələrivə düzəlişləri görmək üçün səhifədə bir az aşağı düşün.
YO WhatsApp yeni versiya v9.63-də edilən dəyişikliklər:
Əlavə edildi: Qadağaya qarşı daha çox müdafiə
Düzəltildi: Bəzi istifadəçilər üçün 1 saatlıq qadağa problemi
Aktiv: Mesajları redaktə edin.
YO WhatsApp v9.60-da edilən dəyişikliklər:
Baza yeniləndi: 2.23.1.76
Əlavə edilib: Yeni “Msg a number” UI dizaynı
Əlavə edilib: Status səhifəsində Saxla və Görülmüş İşarə düymələrini gizlətmək üçün seçimlər
Əlavə edilib: Xüsusi şrift yükləyin
(1- Şrift üslubundan “Xüsusi” seçin, sonra 2- Şrifti Yüklə seçimindən istifadə edin)
Əlavə edildi: Status Cutter FAB ✂️ Gizlətmək üçün Seçim
Əlavə edilib: FMBackup (Titanium) gündəlik avtomatik olaraq yenilənir
Aktivdir: Proksi Parametrləri (Parametrlər > Yaddaş və məlumat > Proksi Parametrləri)
Aktivləşdirildi: İtmə rejimi aktiv olduqda mesajları saxla seçimi (istənilən mesaja uzun basın)
Sabit: Avtomatik cavab / irəli qəza
Düzəltildi: WhatsApp barmaq izi kilidi problemləri
Sabit: Bir çox fərdi mətn statusu nişanları
Misc: Zövq alın və özünüz kəşf edin!
Misc: Digər düzəlişlər və təkmilləşdirmələr
Telegram kanalıma abunə olaraq mənə dəstək ola bilərsiniz. Təşəkkürlər!